Kristal Abşeron istehsalat üzrə mühasib axtarır

Mühasib


İşəgötürən: Kristal Abşeron

Vakansiya: İstehsalat üzrə Mühasib

Son tarix: 24 iyun 2023

Vəzifə öhdəlikləri:

-Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;

-Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;

-Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;

-Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi;

-Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;

-Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;

-Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;

-Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;

-Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi ,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırırlması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;

-Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);

-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

-Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);

-İstehsalat üzrə mühasib kimi minimum 2 il təcrübə;

-Azərbaycan dilini mükəmməl bilməli;

-ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;

-Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;

-Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

-6 günlük iş qrafiki;

-İş yeri Xırdalan şəhərində yerləşir;

-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]