Kreditor Hesablar üzrə Mühasib tələb olunur
muhasib
İşəgötürən – Norm OJSC
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
Əlaqədar sahə üzrə 3 il iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək;
MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Analitik düşüncə;
Effektiv kommunikasiya bacarığı;
Vəzifə və Öhdəliklər:
Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması
Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması
Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi
Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin SAP proqramına daxil edilməsi
Tədarükçülərlə yarımillik və illik razılaşmaların əldə edilməsi
Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması
Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması
İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 06.10.23
Vakansiyalar
-
1 gün, 2 saat, 57 dəq
Führende Online Gaming Plattformen mit schneller Auszahlung für Spieler in Deutschland 2024
-
1 gün, 13 saat, 42 dəq
Guide détaillé pour sélectionner le meilleur établissement de jeu en ligne canadien sécurisé
-
1 gün, 16 saat, 12 dəq
Leading Internet Gaming Sites: Top Rated Sites With Exceptional Bonuses and Gaming Variety
-
1 gün, 19 saat, 35 dəq
Online Casino mit Sofortauszahlung: Die top Anbieter für zügige Gewinnauszahlungen 2024
-
4 gün, 14 saat, 48 dəq
Meeste populaire Casino Zonder Cruks: Beste Online Casino’s Zonder Nederlandse Registratie