Korporativ Satış üzrə Kiçik Mütəxəssis tələb olunur
İşəgötürən – Universal Group of Companies
Əsas öhdəliklər:
Korporativ satışla bağlı bazar araşdırmalarının aparılması və tələbatın müəyyənləşdirilməsi;
Potensial müştərilərin və tenderlərin axtarışı;
Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması;
Rəqiblərin fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması;
Sorğuların qəbul olunması, qiymətləndirilməsi və təkliflərin göndərilməsi;
Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi.
Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətlərinin inkişaf etdirilməsi;
Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsilli;
1-3 il iş təcrübəsi;
İngilis dilini yüksək səviyyədə bilməli, Rus dili biliyi üstünlükdür;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
Sürücülük vəsiqəsi olmalı, şəxsi maşınının olması arzuolunandır;
Problemlərin həll etmə bacarığı;
Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli;
İşgüzar və məsuliyyətli olmalı.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ satış üzrə kiçik mütəxəssis” yazaraq 20.08.2023-cü il tarixinədək [email protected] adresinə göndərilməsi xahiş olunur.
Vakansiyalar
-
1 gün, 16 saat, 30 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 17 saat, 26 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 14 saat, 8 dəq
- 3 gün, 14 saat, 11 dəq
- 3 gün, 14 saat, 47 dəq