Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis tələb olunur

Satış mütəxəssisi

vakansiya satis


İşəgötürən – Ferrum Capital

Hansı özəlliklərə malik olmalıdır?

Ali təhsil;

21-29 yaş aralığı;

Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);

Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli  və özünü təkmilləşdirməyə meyilli olmaq;

Ünsiyyət  və inandırma bacarığının olması;

Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;

Hədəf yönümlü olmaq;

Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;

Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis nə iş görür?

Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;

Qoyulmuş hədəflərə əsasən faktorinq xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;

Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;

Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması;

Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz-satış imkanlarının inkişaf etdirilməsi;

Şirkətin satış həcminin artırılması;

Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.

Əlavə məlumat:

5 günlük iş qrafiki: 09:30 – 18:30

Əmək haqqı: 300 – 600 AZN + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə   [email protected]  e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]