Korporativ katib tələb olunur
İşəgötürən – PASHA Capital
Vəzifə öhdəlikləri:
İdarə Heyətinin iclası və Komitələrin iş prosesinin təşkilini təmin etmək;
İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı planlama prosesində fəal iştirak etmək;
İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı məlumatlandırma prosesini təşkil etmək;
İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı əməkdaşları İş materialları ilə təmin etmək;
İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarəedilməsi prosesini təşkil etmək;
Komitələrin fəaliyyəti ilə bağlı Komitə Katiblərinə tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
Birbaşa rəhbəri tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
Ali təhsil (Hüquq, Beynəlxalq münasibətlər və oxşar sahələr üzrə);
İş təcrübəsi – 1 ildən 3 ilə qədər;
Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
Dil bilikləri: Azərbaycan dili (əla), Rus (əla), Ingilis dili (əla);
Minimum nəzarətlə effektiv işləmə bacarığı;
Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq;
Zamanın səmərəli və effektiv idarəedilməsi;
Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
Müsbət nəticələr verməkdə təşəbbüskar və həvəsli olmaq.
Maraqlanan şəxslər elektron məktub başlığında “Korporativ katib” qeyd etməklə öz CV-lərini [email protected] e-mail göndərə bilərlər.
Vakansiyalar
- 3 saat, 50 dəq
- 10 saat, 42 dəq
- 11 saat, 16 dəq
- 11 saat, 19 dəq
- 14 saat, 11 dəq