“Kiber təhlükəsizlik üzrə mütəxəssis” axtarılır

Mütəxəssis


“PAŞA Sığorta” ASC namizədləri “Kiber təhlükəsizlik üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

İnformasiya təhlükəsizliyinə aid alətlərlərin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, kompüter sistemləri, veb tədbiqləri və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə boşluqların və təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatın hazırlanması;

Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;

Veb və Mobil tədbiqlərin, o cümlədən İT İnfrastruktur üzrə penetrasiya testlərin keçirilməsi;

Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi;

Statik və Dinamik kod analiz prosesini daimi olaraq izləmək;

Veb və mobil tədbiqləri üzərində kod incələnməsi apararaq boşluqları aşkarlamaq, təhlükəsiz kod yazılması üçün təkliflər vermək.

BİLİK VƏ BACARIQLAR

Ali təhsil: İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə;

İş təcrübəsi: İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan dilini əla, İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;

Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;

Veb, mobil və infrastruktur üzrə “Penetrasiya testləri” sahəsində iş təcrübəsi;

Müxtəlif proqramlaşdırma dillərində (Java, C#, Python, Javascript, React və.s) yazılmış Veb və mobil tədbiqlərin kod audit təcrübəsi; 

OWASP mobil və veb metodologiyası ilə geniş biliklərə sahib olmaq;

WAF, Firewall, IDS/IPS, Active Directory, SIEM ilə geniş biliklərə sahib olmaq;

Analitik düşüncə və stressə dözümlü olmaq;

Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);

Ünsiyyətqurma və komandada işləmək bacarığı;

Səbrli və soyuqqanlı olmaq.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected]  ünvanına göndərin.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]