“Keyfiyyətə nəzarət üzrə mütəxəssis” tələb olunur

Mütəxəssis


İş elanını dərc edən – AZMƏDƏNİSTEHSAL

Vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
-İstehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması üzrə işləri yerinə yetirməli;
-Keyfiyyətin idarəetmə sistemi tələblərinin hazırlanmasında istirak etməli və onların yerinə yetirilməsinə nəzarət etməli;
– İstehsal olunan məhsulların keyfiyyət göstəriciləri haqqında lazımi məlumatları araşdırmaq və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almalı;
– Zay məhsul istesalının səbəblərini müəyyənləşdirməli və bunun qarşısını almaq üçün tədbirlərin hazırlanmasında iştirak etməli.
–  Zavoda daxil olan materialları, yarımfabrikatların, dəstləşdirici hissələrin standartlara, texniki tələblərə, konstriktiv şərtlərə uyğun olub olmaması barədə rəy hazırlamalı.
·      Keyfiyyətin idarə edilməsi sistemlərinin ölkə daxili va xaricindəki qabaqcıl təcrübəsini öyrənmək və tətbiq olunması barədə təkliflər vermək və müəssisə standartının işlənib hazırlanmasında iştirak etməli.
– İstehsal zamanı məhsulun keyfiyyətinə nəzarət edilməsi və hazır məhsul sınağının aparılması üzrə təlimat və metotların işlənib hazırlanmasında iştirak etmək.
-İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək.
 
Namizədə tələblər:
-Ali təhsil/ kimya-metallurgiya sahəsi üzrə
– Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
– ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə
–  Dil bilikləri: Azərbaycan (əla), ingilis və rus dili arzuolunandır.
 
İş şərtləri:
– 6 günlük iş qrafiki:
– İş vaxtı: 08:00-dan 16:00-a dək
–  Əmək haqqı: 1000 AZN.
–   Əmək Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirmə.
–  İş yeri Xırdalan ərazisi.
–  Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.
 
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  [email protected] elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]