Keyfıyyətə nəzarət üzrə böyük audit mütəxəssisi tələb olunur

Auditor

socarpolymer


“SOCAR POLYMER” “Keyfıyyətə nəzarət üzrə böyük audit mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri -Sumqayıt

İŞİN XÜLASƏSİ:

Bu vəzifədə çalışan şəxs qeydlərin, hesabatların, iş proseslərinin və sənədləşmənin daxili audit və şirkətin keyfiyyət siyasəti və normalarına uyğunluğuna nəzarət edir. Keyfiyyətin İdarə Olunması (KİO) sisteminin davamlı yoxlanması, qiymətləndirilməsi və lazımi müdaxilələrin olunması ilə bağlı Qrup Rəhbərinə və Menecerinə zamanlı məlumat verməyə məsuliyyət daşıyır. İllik Daxili Audit Planının və detallı audit proqramlarının hazırlanmasında keyfiyyətlə bağlı lazımi proseslərin və meyarların öz yerini almasına birbaşa nəzarət edir. Təftişlərin təsadüfi şəkildə nəzərdən keçirilməsi və monitorinq nəticələrinin rəhbərliyə təqdim olunaraq onlara müvafiq düzəliş barədə məlumat və məsləhətlərin verilməsi.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

-KİO inkişafı üçün audit qrup rəhbərinə yardım edilməsi və daimi olaraq KİO bazasının izlənilməsi, onuncari tarixə uyğun olması və lazımi müdaxilələrin zamanında edilməsini təmin etmək;

-Təşkilat daxilində KİO proqramlarının hazırlanması, həyata keçirilməsi və idarə olunmasında audit qruprəhbərlərinə birbaşa dəstək verilməsi;

-Daxili və keyfiyyət idarəetmə sistemi auditlərinin planlaşdırılması, yerinə yetirilməsi və hesabat verilməsi;

-Keyfiyyət xarakterli problemlərin aradan qaldırılması üçün təminatverici və məsləhətverici fəaliyyətlərintəmin olunması;

-Audit Hesabatları, Təhqiqat Hesabatları, Audit Əsas Performans Göstəriciləri (KPI) Hesabatları, StatistikaHesabatlarının hazırlanması və təqdim olunması;

-Müvafiq tapıntılar və onların hazırkı vəziyyəti ilə bağlı Audit Fəaliyyətlərinin İzlənmə Reyestrinin carivəziyyətdə saxlanılması;

-Səmərəliliyin artırılması üçün vaxtında və effektiv şəkildə departamentlərin fəaliyyətin UyğunsuzluqHesabatı izləmə reyestri vasitəsilə vaxtaşırı təhlil aparmaq;

-Vaxtaşırı Keyfiyyətlə bağlı digər funksiyaların fəaliyyətinə və səmərəliliyin artırılması üçün

-Yoxlamalar apararaq və proses sahibləri ilə əlaqə quraraq Dəyişikliklərin İdarə Olunması (MoC) tətbiqinivaxtaşırı təhlil edərək nəticələrini Qrup Rəhbərinə və Menecerə təqdim etmək;

-Şirkətin rəhbərləri ilə güclü və səmərəli iş əlaqələrinin yaradılması, lazım olduğu təqdirdə mövcud işmetodlarının nəzərdən keçirilməsi və inkişaf məqsədilə müvafiq təkliflərin verilməsi;

-Tətbiq olunan keyfiyyət standartların meyarlarına qarşı mühakimə yürütməyi bacarmaq;

-Müştəri şikayətlərinə nəzarət prosesini yaxşılaşdırmaq və statistikalardan istifadə etməklə problemlərin kökünün araşdırılmasının düzgün aparılmasını təmin etmək, qabaqlayıcı tədbirlər görmək və bütün riskləri minimuma endirmək üçün Müştəriyə Dəstək Qrupunun fəaliyyətlərini vaxtaşırı izləmək və ona nəzarət etmək;

-Müqavilə planı və müqavilə şərtlərinə uyğun olaraq yoxlamaları (texniki xidmət və mühəndislik də daxil olmaqla) və yoxlama qeydlərini, tələb olunan testləri və test qeydlərini izləyə bilmək;

-Son təhvil sənədlərini (podratçılardan) nəzərdən keçirmək və lazım olduqda paket hazırlama prosesini təkmilləşdirməklə təhvil paketlərinin tamamlanmasına nəzarət etmək;

-Satınalma prosesi çərçivəsində potensial iddiaçıların texniki sənədlərini keyfiyyət aspektindən dəyərləndirilməsinə nəzarət etmək;

-KİO bazasına daxil olmalı olan korporativ sənədlərin keyfiyyət aspektindən və müvafiq təlimatlara əsasən yoxlanılması və təhlil olunması;

-Bəzi məxaniki çertyojları və onların sənədləşməsini və sertifikatlaşdırılmasının təmin edilməsinə nəzarət.

-İllik daxili audit planın hazırlaması və nəzərdən keçirilməsində birbaşa iştirak;

-Audit “KPI” (ƏPG – Əsas Perfomans Göstəricisi) və statistik hesabatların təqdim olunması;

-Bilik və təcrübələrin komanda üzvləri ilə bölüşülməsi və onların bacarıq və qabilliyətlərinin artmasına yardım edilməsinə dəstək;

-Təşkilatın bütün strukturlarındakı əməkdaşlarla səmərəli iş mühiti yaradaraq mövcud iş metodlarının nəzərdən keçirilməsi və ehtiyac olduğu təqdirdə müvafiq alternativlərin irəli sürülməsi;

-Təşkilati risk profilinin qiymətləndirilməsinə nəzarətə dəstək verilməsi;

-Audit hesabatlarının düzgünlüyünü təmin etməklə audit prosesinin aparılması;

-Biznes proseslərində keyfiyyət aspektindən səmərəlilik və effektivliyin təmin olunması;

-Audit yoxlama nəticələrinin müvafiq strukturlara iclaslar vasitəsilə effektiv şəkildə çatdırılması;

– Biznes və ya funksional ərazilərdə olan proseslərin düzgün qavranılması üçün müzakirələrin aparılması.

TƏLƏBLƏR

İŞ TƏCRÜBƏSİ:

-Keyfiyyət/Daxili Audit və keyfiyyətlə bağlı digər (məs.: QA) departamentində ən azı 3-4 illlik iş təcrübəsi. Beynəlxalq şirkətlərdə və neft/qaz və petrokimya sahəsində çalışanlara üstünlük verilir.

DİL BACARIQLARI:

-Üstün səviyyədə Azərbaycan və İngilis dili bilikləri.

-Orta-yuxarı səviyyədə rus dili biliyi üstünlükdür

TEXNİKİ BACARIQLAR:

-Sxematik çertyojların, istehsal hesabatlarını, texniki spesifikasiyaları və kompüter tətbiqlərinin təhlil olunması

-Problemləri əməli formada sorğu-sual etmək bacarığı

-ISO 9001:2015 – keyfiyyət idarəetmə prinsiplərindən dərin anlayış

-Audit, hesabat, araşdırma prosesini barədə güclü anlayış

-ERP sistemləri ilə işləmə bacarığı (SAP-ə üstünlük verilir)

AVADANLIQLA İŞLƏMƏK BACARIĞI:

-Komputer və MS proqramlarında sərbəst şəkildə işləmək tələb olunur

-Ofis avandanlıqlarını istifadə etməyi bacarmalıdır

.TƏHSİL SƏVİYYƏSİ VƏ KEÇDİYİ TƏLİMLƏR

-Texniki sahə üzrə ali təhsil; Magistr dərəcəsinə üstünlük verilir

-PMP certificate – üstünlük verilir;

-ISO 9001:2015 Lead Auditor Certificate – vacibdir;

-ISO 45001:2018 Internal/Lead Auditor Certificate – üstünlük verilir;

-ISO 14001:2015 Internal/Lead Auditor Certificate – üstünlük verilir;

-ISO/IEC 17025:2017 – awareness and internal auditor – üstünlük verilir.

MÜRACİƏT PROSEDURU

Maraqlanan namizədlər bu linkə keçid edərək müraciət edə bilərlər

Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  

Son müraciət tarixi: 02  Iyul  2022-ci il

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]