Keyfi̇yyətə nəzarət üzrə menecer tələb olunur
İşəgötürən – Qoç Ət
Namizədə Tələblər:
Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.
Fifo ,Fefo,Lifo ,HACCP, İSO22000, İSO9001 bilgilərinə sahib olmalı
Kalkulyasiya biliklərinə malik olmalı,
Laborotoriya bilgilərinə malik olmalı,
Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
MS Office programları (Word, Excell, Outlook), mühasibatlıq proqramları üzrə ilkin biliklər.
Vəzifə öhdəlikləri:
Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması
Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərinin icrası
Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi
Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək, sənədləşməni icra etmək
İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi
Uyğun olmayan məhsullarla bağlı həyata keçiriləcək prosedurları tətbiq etmək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı uyğun olmayan məhsul hesabatını hazırlamaq
Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi
Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
Əmək haqqı: Razılaşma yolu ilə
İş qrafiki: 6 günlük
Nahar şirkət tərəfindən təmin olunur.
İş yeri Lökbatandadır
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] adresinə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 gün, 4 saat, 26 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 5 saat
- 1 gün, 23 saat, 6 dəq
- 2 gün, 18 saat, 20 dəq
- 3 gün, 10 saat, 5 dəq