Kənd təsərrüfatı şirkətinə mühasib tələb olunur

“AGRARCO” MMC “Mühasib” (Bakı şəh.) vakansiyasını elan edir:
Namizədə dair tələblər:
-Təhsil: Ali (İqtisadiyyat, Mühasibatlıq və Maliyyə)
– Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunandır)
-Kompüter bilikləri: MS Office, 1C mühasibatlıq proqramı
– İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən artıq
Vəzifə öhdəlikləri:
-İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi, xərclərin düzgün təsnifləşdirilməsi, hesab qalıqlarının balanslaşdırılması;
-Bütün vergi hesabatları, bəyannamələr, statistika hesabatları, subsidiyaların bəyan edilməsi və nəzarət;
-Bank və kassa əməliyyatları, ödənişlərin icra edilməsi, kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
– Maliyyə hesabatlarının hazırlanmasında təməl biliklərin olması, maliyyə uyğunsuzluqlarını aşkarlayıb aradan qaldırmaq;
– Əmək haqqı hesablaması və icra vərəqələri ilə iş;
– Mühasibatlıq üzrə digər biliklərin olması.
İş şərtləri:
– İş saatları: 09:00-18:00
– Nahar fasiləsi: 13:00-14:00
– İstirahət günü: Şənbə, Bazar
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu (subject) hissəsinə “Mühasib” – Baş Ofis üzrə yazaraq CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 8 saat, 31 dəq
- 16 saat, 11 dəq
- 17 saat, 4 dəq
- 1 gün, 10 saat, 24 dəq
-
1 gün, 11 saat, 8 dəq
Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK