Kateqoriya meneceri tələb olunur (Kiçik məişət texnikası)
İşəgötürən – Superfon
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Həmin vəzifədə minimum 2 il (Korporativ satış sahəsində təcrübənin olması üstünlükdür)
Təhsil: Ali təhsil (İqtisadi və ya Biznesin idarəedilməsi)
Vəzifə öhdəlikləri:
Bazar və müştəri potensialını araşdırmaq;
İllik satış planının hazırlanması, analizi və nəzarət edilməsi;
Məhsul-kateqoriya ehtiyatının (stok) planlanması;
Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək;
Həftəlik, aylıq, illik olaraq satılmış məhsulları kateqoriyalar üzrə təhlil etmək;
Alınması planlaşdırılan kateqoriya üzrə məhsulların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək;
Məhsulun sifariş verildiyi andan, satış nöqtələrində satışa çıxarılanadək təqib olunması və bütün satış nöqtələrində olmasını təmin etmək və izləmək.
Tələblər:
Riyazi və analitik düşüncə tərzi;
Satış texnikaları baradə biliklər;
İngilis dili B2 səviyyədə bilmək;
Texnologiyadan məlumatlı olmaq;
Planlama qabiliyyəti;
Ölkə xarici və daxili ezamiyyələrə açıq
Təminatlar:
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Korporativ mobil nömrə;
İşlə bağlı bütün xərclər qarşılanır.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya meneceri (Kiçik məişət texnikası)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Vakansiyalar
- 4 saat, 12 dəq
- 4 saat, 15 dəq
- 4 saat, 51 dəq
- 4 saat, 54 dəq
- 3 ay, 2 həftə, 2 gün, 19 saat, 29 dəq