Karvan – L xarici satınalma mütəxəssisi axtarır
İşəgötürən: Karvan – L
Vakansiya: Xarici satınalma mütəxəssisi
Son tarix: 10 iyul 2022
Vəzifə öhdəlikləri:
-Lazımi materialları / xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
-Logistikanın təşkili üçün qiymət araşdırılması
-Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
-Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
-Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsiSatın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
-Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
-Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
-Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
-Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
-Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
-Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
-Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
-Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərini təqdim etmək
-Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
-Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
-Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
-Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
-Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
-Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
Namizədə tələblər:
-Şirkət elmi istehsalat sahəsi olduğu üçün, texniki kimya və loğistika sahəsində təcrübəli namizədlərin olması üstünlükdür
-Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
-İş təcrübəsi əlaqəli sahədə 3 ilə qədər
-İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə
-Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
-Komanda ilə işləmək bacarığı
-Analitik düşünmə və komanda ilə işləmə bacarığı
-Analiz və idarəetmə bacarığı
-27 – 40 yaş
-Xanım namizədlərə üstünlük verilir.
-AR üzrə sənədləşmə
-5 günlük iş qrafiki, ünvan:, Babək prospekti
Əmək haqqı: 800-1500 AZN (təcrübəyə görə dəyişir)
Maraqlanan namizədlər mövzu yerində “Xarici Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.
Əlaqə nömrəsi; 055 493 70 04 Leyla x.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 46 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 41 dəq
- 7 ay, 3 həftə, 13 saat, 34 dəq
- 10 ay, 3 həftə, 5 gün, 8 saat, 19 dəq
-
11 ay, 1 həftə, 3 saat, 50 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır