“Kapital Bank”da yeni vakansiya
“Kapital Bank” ASC namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
– MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə
hesabatlarının hazırlanması;
– Holdinq sorğularının vaxtında cavablandırılması;
– Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması;
– Şöbənin funksiyasından irəli gələn digər işlərin görülməsi və s.
Tələblər
-Ali təhsil;
– Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili;
-Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
– Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı;
– Məsuliyyətlilik, operativlik və dəqiqlik;
– Komanda ilə işləmək bacarığı;
– Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər (ACCA vəya CFA arzu
olunandır);
-Kompüter bilikləri: Excel, SQL və digər..
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və
yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət edə
bilərsiniz.
Vakansiyalar
- 58 dəq
- 1 saat, 1 dəq
- 1 saat, 37 dəq
- 1 saat, 40 dəq
- 3 ay, 2 həftə, 2 gün, 16 saat, 15 dəq