Kapital Bank KOS (SME) satışlar şöbəsi üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis axtarır

Mütəxəssis

kapitalbank ordubad


İşəgötürən: Kapital Bank

Vakansiya: KOS (SME) satışlar şöbəsi üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Son tarix: 28 oktyabr 2022

Öhdəliklər:

-Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;

-Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;

-Bankın SME seqmentinə aid olan müştərilərdən bank xidmətləri (Kredit və əməliyyat) üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;

-Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;

-SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;

-Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;

-Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;

-Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər:

-Maliyyə, iqtisadiyyat, bankçılıq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;

-Səlis Azərbaycan dili (Rus və/ və ya İngilis dili biliyi arzuolunandır);

-Ünsiyyət və əlaqələr qurmaq qabiliyyəti;

-Yüksək səviyyədə satış etmək bacarığı;

-Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1845) portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]