Kapital Bank KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi axtarır (Quba-Xaçmaz)

Mütəxəssis


İşəgötürən: Kapital Bank

Vakansiya: KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi (Quba-Xaçmaz)

Son tarix: 28 oktyabr 2022

Öhdəliklər:

-Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində iştirak edir, bu istiqamətdə təkliflər verir;

-Kreditləşmə prosesin qurulması, prosesin avtomatlaşdırılması üzrə işləri həyata keçirir;

-Kreditləşmə müddətinin ölçülməsi, bir sifariş üzrə sifarişə baxılması, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq hesabatlıqlar qurur;

-Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatların əldə olunması, bu istiqamətdə hesabların hazırlanması və analizini həyata keçirir;

-Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s. formaların qurulmasını, təkminləşdirilməsini həyata keçirir;

-Gündəlik kredit portfelinin hazırlanmasını həyata keçirir;

-Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata keçirir;

-Verilənlər bazasında SQL vasitəsi ilə mövcud cədvəllərdən məlumatların əldə edilməsi, yeni cədvəllərin yaradılması bu istiqamətdə qoyulan tapşırıqlara əsasən hesabatların hazırlanmasını həyata keçirir;

-Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir;

-Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;

-Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;

-Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır.

Tələblər:

-Ali təhsilli olmalı;

-KOS və mikro kreditlərinin satışı və ya təhlili sahəsində ən azı 1 il iş təcrübəsi 

-ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);

-Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları (arzuolunan);

-Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;

-Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2106) portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]