Kapital Bank bazar riskləri şöbəsi üzrə mütəxəssis aparıcı mütəxəssis axtarır
İşəgötürən: Kapital Bank
Vakansiya: Bazar riskləri şöbəsi üzrə mütəxəssis, aparıcı mütəxəssis
Son tarix: 13 oktyabr: 2022
Üstünlük verilən bilik və bacarıqlar:
-Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
-CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
-Əla səviyyədə praktiki Excel bacarıqları;
-Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
-İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
Öhdəliklər:
-İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
-Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi;
-Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
-Bazar riskləri sahəsində araşdırılma aparılması.
-Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiyalar
- 3 saat, 48 dəq
- 3 saat, 51 dəq
- 4 saat, 27 dəq
- 4 saat, 30 dəq
- 3 ay, 2 həftə, 2 gün, 19 saat, 5 dəq