“İşə Qəbul üzrə Mütəxəssis” axtarılır
Şirkət: “RAM Holdinq”
Vakansiya – “İşə Qəbul üzrə Mütəxəssis”
Namizədə olan tələblər:
– Təhsil: Ali təhsil;
– Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (Upper-İntermediate), Rus dili (arzuolunandır);
– Kompüter bilikləri: MS Excel bilikləri (Pivot Table, VlookUp, SumİFS funksiyalarından istifadə edə bilən);
– Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
– Daxil olan işçi tələb formalarının təhlil edilməsi;
– Mövcud vakansiyalar üzrə iş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
– Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi;
– İşə qəbul testlərinin həyata keçirilməsi;
– Yeni əməkdaşların adaptasiya proseslərinə nəzarət edilməsi.
İş şərtlərimiz:
– Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
-İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 08:30-17:30;
– İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
– Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 26 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 21 dəq
- 7 ay, 3 həftə, 13 saat, 14 dəq
- 10 ay, 3 həftə, 5 gün, 7 saat, 59 dəq
-
11 ay, 1 həftə, 3 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır