Irshad Electronics mağaza müdiri axtarır (Quba və Cəlilabad)
İşəgötürən: Irshad Electronics
Vakansiya: Mağaza müdiri (Quba və Cəlilabad)
Son tarix: 07 avqust 2022
Vəzifə və öhdəliklər:
-Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
-Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
-Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
-Mağazanın sıravi və digər personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
-Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək.
Tələblər:
-Yaş – 30 -40
-İş təcrübəsi 5 – 7 il – satış sektorunda (rəhbər vəzifəsində)
-Ali təhsil;
-Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
-İşgüzar davranış etikasını;
-Satılan məhsulun assortimentini və satış qiymətlərini;
-Satış texnikası və prinsiplərini;
-Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
-Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
-Kompüter bilikləri (MS Office).
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 18 saat, 43 dəq
- 18 saat, 46 dəq
- 19 saat, 22 dəq
- 19 saat, 25 dəq
- 3 ay, 2 həftə, 3 gün, 10 saat