İri şirkətə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” tələb olunur
İşəgötürən – Veysəloğlu MMC
Vəzifə – Keyfiyyətə nəzarət üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
-İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
-ISO 9001:2015, BRC, IFS, ISO 22000:2018, FSSC 22000 və digər yerli, regional və beynəlxalq standartlara uyğun bütün tələblərin həyata keçirilməsini təmin etmək
-Anbara qəbul edilən qida məhsullarının keyfiyyətinə mövcud standartların tələbləri və referans nümunələr üzrə nəzarət etmək
-Qablaşdırılan məhsulların qablaşdırmasının bütövlüyünü, markalanmanın düzgünlüyünü yoxlamaq
-Məhsulların rəf ömrü standartlarının tələblərinə uyğunluğunu yoxlamaq
-Məhsulların düzgün temperatur rejimlərində saxlanılmasına nəzarət etmək
-FİFO prinsipinə əməl edilməsini təmin etmək
-Anbarda və nəqliyyat vasitələrində (qəbul və göndərilməsi zamanı) mal qonşuluğu qaydalarını yoxlamaq
-Qablaşdırma material, ləvazimat və aparatlarının təmizliyinə nəzarət edilməsi
-Proseslə əlaqədar forma, təlimat və prosedurların yazılması və işlək vəziyyətdə olmasını təmin etmək
-Anbar və qablaşdırma sahəsində temperatur, nisbi rütubət nəzarətini və qeydiyyatını aparmaq
-Qida təhlükəsizliyi və gigiyena tələblərinin icra olunub-olunmamasına nəzarət etmək
Yararsız məhsul haqqında aidiyyəti əməkdaşlara və birbaşa rəhbərinə dərhal məlumat vermək
-Daxili və xarici auditin aparılması prosesində iştirak etmək,audit zamanı aşkarlanmış uyğunsuzluqları aradan qaldırmaq
-Bölmə rəhbərinin təlimatları üzrə aylıq hesabatların hazırlanmasının təşkili
-İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifə tələbləri:
-Ali təhsil
-Məhsul standartları ilə işləmə bacarığı
-Səlis rus dili biliyi
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (Qida sahəsində təcrübə üstünlükdür)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
-Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına [email protected] göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 gün, 7 saat, 28 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 6 saat, 20 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 6 saat, 54 dəq
- 5 gün, 1 saat
- 5 gün, 20 saat, 14 dəq