İstehsal şirkətinə Satınalma üzrə aparıcı mütəxəssis tələb olunur

Mütəxəssis

satinalma


Satınalma üzrə aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Sifarişlər əsasında düzgün bazar araşdırmasını etmək;
  • Ehtiyatların miqdarına nəzarət etmək;
  • Analiz edib uyğun satıcını seçmək;
  • Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
  • Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
  • Sifarişlərin statusunu izləmək;
  • Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
  • Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
  • Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
  • Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
  • Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
  • Görülən işin hesabatını təqdim etmək;
  • İş vaxtını səmərəli istifadə etmək;
  • Kollektiv arasında nizam intizam və etik qaydalara riayət etmək;
  • Yeni biliklər əldə etmək məqsədi ilə öz üzərində işləmək;
  • Hesabatı tabe olduğu şəxsə təqdim etmək.

Tələblər:

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı.

Maraqlanan şəxslərdən CV-lərini mövzu hissəsində “Satınalma üzrə baş mütəxəssis” yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.

“UNICO” tikinti şirkəti 2007-ci ildə yarandığı ildən etibarən Azərbaycanın tikinti bazarında layiqli yer tutmuş, yüksək keyfiyyətli və peşəkar fəaliyyəti nəticəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacarmışdır.

“Unipro” şirkəti “UNICO”nun istehsal törmə şirkətidir və şirkət taxta məmulatlar fabrikinə malikdir.


©️ 2022

070 231 45 70

[email protected]