İnvestisiya şirkətinə resepşn tələb olunur

Resepşn


İşəgötürən –  Invest AZ QSC

Vəzifə – Reception – Müştəri xidmətləri üzrə mütəxəssis

Namizədə tələblər:

Təhsil : Ali (mütləq);

-İş stajı : müvafiq sahədə ən azı 1-3 il;

-Dil biliyi: Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini bilənlərə üstünlük verilir;

-Kompüter biliyi: MS Office (yüksək səviyyədə).

Cəhətlər:

-Yüksək analitik qabiliyyət;

-Yüksək ünsiyyət, dinləmə və təqdim etmə bacarıqları;

-Peşəkar yanaşmaya və intizama malik olmaq;

-Məqsədyönlü, məsuliyyətli, operativ bacarıqlara malik olmaq;

-Gülərüz, səliqəli görünüş, məsuliyyətli;

-Səlist danışıq qabiliyyəti və xarici görkəm əhəmiyyətlidir.

Vəzifə təlimaları:

-Şirkətə daxil olan zənglərin qəbulu və yönləndirilməsi;

-Şirkətə gələn müştərilərin qəbulu və yönləndirilməsi;

-Kargüzarlıq və ofis daxili işlərin təşkili;

-Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ icrası.

-İş saatları: 09:00-18:00;

-İstirahət günləri: Altı, Bazar;

-Tibbi sığorta;

AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;

Nahar şirkət tərəfindən təmin edilir.

Diqqət: CV-nizi  “Reception” başlığı altında qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz.

Şirkət haqqında

20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Maliyyə bazarlarında fəaliyyəti dövründə ölkənin aparıcı investisiya şirkətlərindən birinə çevrilərək, müasir, fərqli, innovativ və texnoloji yanaşmaları ilə maliyyə-yatırım dünyasında bir çox yeniliklərə imza atmışdır.

Bakının dünya maliyyə bazarlarının lokomitivinə çevriləcəyini hədəfləyən Şirkətimiz, bu məsul yolda özünə əmin, intellektual və iddialı olan şəxsləri (Sizləri) komandamıza qatılmağa dəvət edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]