“Invest AZ” şirkətinə mühasib tələb olunur

Mühasib

investaz invest


İşəgötürən –  Invest AZ QSC

Vəzifə – Mühasib

Namizədə tələblər:

Təhsil : Ali təhsil;

İş stajı : müvafiq sahədə ən azı 1 il;

Yaş həddi: 25-40;

Microsoft Excel, Microsoft Word proqramları və 1C əməliyyat sistemində işləmək bacarığı;

Dil bilikləri – Azərbaycan dili və Rus dili mükəmməl, İngilis dili arzu olunandır;

-Elektron hökumət portallarından istifadə bacarığı.

Vəzifə təlimaları:

Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;

 Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;

E-gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı;

Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;

Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;

Ödəmə hesablarının hazırlanması;

İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;

Vəzifə təlimatından irəli gələrək digər öhdəliklər;

-Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə bilikləri.

-İş saatları: 09:00-18:00;

-Nahar fasiləsi: 13:00- 14:00;

-İstirahət günləri: Altı, Bazar;

-Tibbi sığorta;

-AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;

-Nahar şirkət tərəfindən təmin edilir.

Diqqət: CV-nizi  “Mühasib” başlığı altında qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz.

Elanın bitmə tarixi – 05.12.22

Şirkət haqqında

20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Maliyyə bazarlarında fəaliyyəti dövründə ölkənin aparıcı investisiya şirkətlərindən birinə çevrilərək, müasir, fərqli, innovativ və texnoloji yanaşmaları ilə maliyyə-yatırım dünyasında bir çox yeniliklərə imza atmışdır.

Bakının dünya maliyyə bazarlarının lokomitivinə çevriləcəyini hədəfləyən Şirkətimiz, bu məsul yolda özünə əmin, intellektual və iddialı olan şəxsləri (Sizləri) komandamıza qatılmağa dəvət edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]