İnşaat şirkəti anbara logistika koordinatoru axtarır

Master İnşaat şirkəti Logistika Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
-Elan tarixi: 14.04.2022
-Bitmə tarixi: 14.05.2022
-Şirkət: Master İnşaat
-Ərazi: Bakı
-Əmək haqqı: 800₼
-Staj: 1 il
-Yaş həddi: 24 — 35 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (6 gün)
-Müqavilə: Əmək müqaviləsi
-E-mail: [email protected]
İş barədə məlumat:
Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin uyğunluğunun yoxlanılması;
Sifarişlərin yoxlanılması ;
Anbarda sifarişlər əsasında yükləmə əmrlərinin yazılması ;
Sifarişlərin fakturalanması ;
Qalıq analizinin düzgün şəkildə aparılması;
Uyğunsuzluq aşkar edilən kimi müvafiq şəxslərə məlumat vermək;
Anbarda məhsulların çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq, sənədlərin yığılması, saxlanması ;
Anbara daxil və xaric olan malların sistemə işlənməsi;
Anbarda məhsulların saxlanmasına cavabdehlik və nəzarət;
Anbar sayımı və stok nəzarəti;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
İş yeri: Ulduz metrosunun yaxınlığındakı Anbar
İş qrafiki: Bazar ertəsi – Şənbə: 08:30-dan – 18:00 -dək;
İstirahət günləri- Bazar.
Nahar vaxtı 13:00-14:00.
Əməh haqqı: 800
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Cins : Kişi
Microsoft Word və Excel proqramında işləmə bacarığı,Logix üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili arzuolunandır.
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
Mal materialın alışı-sifarişi, yerdəyişməsi və s. əməliyyatların icra edilməsi.
Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
Kollektivlə işləmə bacarığı;
Anbar sahəsində təcrübənin olmağı üstündür
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə elektron ünvanına [email protected] mövzu hissəsində “Logi̇sti̇ka koordi̇natoru” qeyd etməklə göndərə bilərlər.
Vakansiyalar
-
6 saat, 54 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 6 saat, 56 dəq
- 6 saat, 58 dəq
- 7 saat
- 7 saat, 2 dəq