Hüquq və konsaltinq şirkəti təcrübəçi-hüquqşünas axtarır
Korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmaq arzusunda olan, praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyasını elan edir.
İş barədə məlumat:
– Peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
– Yüksək komanda ruhunda əməkdaşlıq;
– Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
– Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
– Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
-Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
– Görüş və təqdimatların təşkili, iştirak;
– Müştərilər ilə görüşlərdə iştirak;
– Şirkətin fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
– Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə dair tələblər:
– Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün);
– Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalıdır;
– Rus dilini əla səviyyədə bilməli, ingilis dili üstünlükdür;
– Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
– MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı.
Əmək haqqı 500-800 azn, işində fərqlənən namizədlərə yaxın gələcəkdə yüksək əmək haqqı vəd olunur.
CV-nizi 30 iyun 2022-ci il tarixinədək, mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
ALC (Alliance Law & Consulting) Azərbaycanda fəaliyyət göstərən hüquqi və konsaltinq şirkətidir.
Vakansiyalar
-
3 saat, 46 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
4 saat, 42 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 1 saat, 24 dəq
- 2 gün, 1 saat, 27 dəq
- 2 gün, 2 saat, 3 dəq