Holdinqə aşpaz lazımdır

İşəgötürən – Azərsun Holding
Vakansiya – Aşpaz
Tələblər:
– Müvafiq sahə üzrə təhsili olmalı;
– Qida təhlükəsizliyi qaydalarını bilməli;
– Sahə üzrə minimum 5 il təcrübəsi olmalı;
– Nizam- intizamlı, nəticəyönümlü olmalı;
– Komandada işləmə və düzgün idarəetmə bacarığı olmalı.
İş haqqında:
– Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli;
– Bufetin hazırlanması, yenilənməsi və təmizlənməsi proseslərinə yardım etmək;
– Bufetin xidmət göstərdiyi saatlarda köhnələn məhsulların yenidən doldurulmasını təmin etmək;
– Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq;
– Mehmanxananın yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək;
– Xüsusi yeməklərin hazırlanması metodları və tərkibi ilə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün qədər çevik olmaq;
– Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək;
– İstifadə olunan məhsullara nəzarət etmək və lazım olduğu zaman yeni məhsullar sifariş etmək;
– Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək;
– Müştərinin mətbəxində demo,yemək və digər qida ilə əlaqəli durumlarda tətbiqi şəkildə təqdimat etmək;
– Məhsul təqdimatı etmək, müştəriləri məhsullar haqqında məlumatlandırmaq, faydalarını izah etmək. göstərmək və beləliklə müştəri məmnuniyyəti yaratmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində “Aşpaz“ qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Vakansiyalar
- 1 gün, 4 saat, 56 dəq
- 1 gün, 4 saat, 58 dəq
- 1 gün, 5 saat
- 1 gün, 5 saat, 2 dəq
- 1 gün, 5 saat, 4 dəq