“Himalay 2022” şirkətinə mühasib tələb olunur

İş barədə məlumat:
Elektron qaimə fakturaların hazırlanması və göndərilməsi
Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
Müqavilələrin redaktə edilməsi və düzəldiməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
Bank əməliyyatlarının həyata keçirilməsi
Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək
İşgüzar yazışmaların aparılması
Şirkət rəhbərliyinə müvafiq maliyyə hesabatlarının hazırlanması
Mal-material uçotunun aparılması
Əmək haqqı hesablaması və ödənişləri
AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
Müvafiq dövləq orqanlarına qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların, o cümlədən vergi bəyannamələrinin təqdim edilməsi
Vəzifə funksiyaları:
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izləmək
Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
Dövlət portalları ilə sərbəst işləmə bacarığı (e-gov.az, e-taxes.gov.az və s.)
Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
Təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin yazılması;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Satış və anbar əməliyyatlarının daxil edilməsi;
Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
Baş mühasib və maliyyə meneceri tərəfindən müəyyən edilmiş edilmiş digər tapşırıqları yerinə yetirmək
Namizəd üçün tələblər:
Təhsil : Ali ( Maliyyə, Mühasibatlıq uçotu )
İş təcrübəsi : Mühasib vəzifəsində 2 ildən 3 ilə qədər iş təcrübəsi
Yaş həddi: 30 yaşa qədər
Dil: Azərbaycan dilinə səlis danışıq və yazışma bacarığı vacibdir ( Rus və ingilis dili biliyi üstünlükdür )
Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edir
MC Office proqramları ( Xüsusilə MC Office Excel biliyi yüksək səviyyədə olmalı ), Google Sheets, 1C proqram mütləq bilinməli
Şəxsi keyfiyyətləri: Məntiqi və analitik düşüncə qabiliyyətinə malik olmaq, Diqqətlilik, Məsuliyyətlilik, Dəqiqlik, Etibarlılıq, Davamlı yenilikləri öyrənməyə cəhd edmək, Ünsiyyətcillik, Pozitiv, Operativlik, Komanda ilə işləmək bacarığına sahib olmaq, Yüksək intellektual və etik göstəricilərə sahib olmaq
İş şəraiti: Ofis şəraiti
İş qrafiki: 6 günlük ( 09:00-18:00 ), nahar vaxtı saat 13:00 -14:00
Əmək haqqı: 1500 AZN ( 1000 AZN sınaq müddətində, təcrübəsindən asılı olaraq müsahibə prosesində əmək haqqına yenidən baxıla bilər )
Korporativ mobil nömrə
Ünvan: Bakı şəhəri, Möhsün Sənani 147, 1 saylı Asan Xidmətin yanı
Namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində “Mühasib” başlığı yazmaqla göndərmələri xahiş olunur
Əlaqə: +994(10) 201 05 01, +994(10) 201 05 01
Vakansiyalar
- 2 gün, 10 saat, 2 dəq
- 2 gün, 10 saat, 5 dəq
- 3 gün, 3 saat, 20 dəq
- 3 gün, 4 saat, 2 dəq
- 3 gün, 4 saat, 4 dəq