Healthfit Fitness Center təmizlikçi axtarır

Xadimə


İşəgötürən: Healthfit Fitness Center

Vakansiya: Təmizlikçi

Son tarix: 03 iyul 2022

İş barədə məlumat:

-Bəylər və Xanımlar – Yaş 18-45

-Fitnes mərkəzi daxilində təmizliyin qorunub saxlanılması

-Duşların daimi təmizliyini təmin etmək

-İş yerinə yaxın yerdə yaşayanlara və bu sahə üzrə təcrübəli olanlara üstünlük veriləcək

-Şirkətdaxili Nizam–intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək

-Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək

-İş günü ərzində zibilləri təmizləmək, onları qablaşdıraraq zibil qutularına atmaq, tapşırılmış yeri təmiz saxlamaq

-Rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək

-Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir

-Gülərüz, məhriban, kollektivlə işləmə bacarığı olmalı

-Təmizləyici vasitələrdən düzgün istifadə qaydasını bilməli.

İş şəraiti:

-İş qrafiki növbəli : – 6/7 iş qrafiki, növbəli iş rejimi : 07:00-dan /15:00-dək; 15:00-dan /23:00-dək; 

-Nahar şirkət tərəfindən təmin olunur

-Təlim və inkişaf məsələlərində şirkət dəstəyi;

-Mərkəzin xidmətlərindən tam pulsuz yararlanma;

-Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə;

-Ə/h 350 azn + Bonus

-Ünvan: Tbilisi pr., 1058, Yasamal rayonu, Bakı şəhəri.

DİQQƏT!!!: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan və şəkilsiz “CV” – lərə baxılmayacaq.
“Təmizlikçi” yazaraq öz Şəkilli CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Qeyd:

Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Təmizlikçi) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]