Group Motors marketinq meneceri axtarır

İşəgötürən: Group Motors
Vakansiya: Marketinq Meneceri
Son tarix: 17 iyun 2022
Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford və Toyota avtomobil brendlərinin rəsmi distribyuteri “Marketing Manager” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
-Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
-Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
-Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
-Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
-Marketinq sahəsində fəaliyyətlər ilə əlaqədar iş planlarını hazırlamaq və sənədlər ilə əsaslandırmaq;
-Qiymət strategiyaları və müştəri məmnuniyyətinə yönəlmiş uzunmüddətli məqsədləri təklif etmək;
-Tələb olunan məhsul və ya xidmətlərin növləri ilə əlaqədar müştərinin rəyini öyrənmək;
-Marketinq üzrə fəaliyyətlərə nəzarət etmək, eləcə də zəruri halda fəaliyyət planını nəzərdən keçirmək və dəyişmək;
-Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, zəruri halda yenidən baxmaq;
-Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.
Namizədlərə tələblər:
-Yaş: 30-40;
-Ali təhsil;
-Marketinq sahəsində min. 5 il iş təcrübəsi;
-MS Office proqramlarında işləmə bacarığı;
-Azərbaycan və İngilis dillərini bilməli, Rus dilinin bilməsi üstünlükdür;
-Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
-Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
-Stres altında işləmə qabiliyyəti;
-Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
-Fəal və işə planlı yanaşma;
-Qərarvermə qabiliyyəti.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Marketing Manager” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.
Vakansiyalar
- 1 gün, 18 saat, 41 dəq
- 5 gün, 18 saat, 31 dəq
- 5 gün, 18 saat, 34 dəq
- 6 gün, 11 saat, 49 dəq
- 6 gün, 12 saat, 31 dəq