Giləzi Quşçuluq “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir!

Mühasib


-Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

-6 günlük iş qrafiki;

-Əmək haqqı:

Namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə əsasında təyin ediləcək;

-İş yeri:

Əhməd Rəcəbli 219.

Vəzifə öhdəliklər:

-Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;

-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

-İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

-Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;

-Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi

-Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;

-Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;

-Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;

-Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;

-Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;

Tələblər:

-Ali təhsil (Maliyyə, Mühasibat uçotu və Audit və oxşar fakültələr);

-Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməli

-Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;

-Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;

-MS Office – Excel, 1C proqramları bacarığı;

-Dil bilikləri:

Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;

-Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;

-Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;

-Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron poçtuna mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]