“Fresh Logistics” “Biznes Analitik” axtarır

“Fresh Logistics” MMC “Biznes Analitik” vəzifəsi üzrə vakansiya elan edib.
Vəzifə təlimatı:
-Müştəri məlumatlarının fərqli hədəflər üzrə təhlili və həllər təklifi
-CRM şöbəsini lazımı analitik məlumatlarla təmin etmə;
-Bazar və rəqiblər barədə toplanmış məlumatların müqayisəli təhlili;
– Marketinq və biznesin inkişafı istiqamətində yeni və mövcud məhsul və xidmətlərlə bağlı təhlillər aparılması;
-Məhsul, xidmətlər və layihələr üzrə xərclərin, investisiyaların səmərəlilik təhlilinin aparılması və təkliflər verilməsi;
-Məhsul və xidmətlər üzrə satış və müştəri məlumatlarının toplanması və təhlili;
-Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların hazırlanması;
-Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
– Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və. s. hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
-Öncədən müəyyən edilmiş hədəflər üzrə kənarlaşmaların izlənməsinin təşkili;
Namizəd üçün tələblər
-Ali Təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi)
– Biznes analitika üzrə iş təcrübəsi (minimum 2 il)
-Quruculuq işində işləmə həvəsi, məsuliyyət və deadline-larla işləmək bacarığı
-Excel и Verilənlərin emalı və təsviri baxımından aparıcı biliklər, Excel və PowerPoint proqramlarından sərbəst istifadə;
-Sql baza bilikləri
-Mailliyyə bilikləri
-Rəhbərlik üçün analitik, qısa dashboardların yaradılması və yenilənməsinin təmini
-Power BI üzrə ilkin biliklərin olması gələcək inkişaf baxımından üstünlükdür.
– 5 günlük iş qrafiki, iş saatı 09:00-18:00
-Əmək haqqı müsahibə əsasında bildiriləcək.
Maraqlanan namizədlər öz CV formalarını mövzü hissəsinə “Biznes Analitik” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
“AS Group Investment” MMC-nin bir hissəsi olan beynəlxalq nəqliyyat şirkəti olan “Fresh Logistics” MMC 2017-ci ildən fəaliyyət göstərir. Şirkətin avtomobil parkında MAN, DAF, KRONE, KASSBOHRER, Schmitz Cargobull, Carrier kimi tanınmış şirkətlərin soyuducuları və yarımqoşquları olan 120-dən çox yük maşını vardır. Şirkət əsasən kənd təsərrüfatı məhsulları, dərman vasitələri, elektronika və dondurulmuş malların daşınması ilə məşğuldur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 2 saat
-
1 ay, 3 həftə, 6 gün, 21 saat, 31 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 5 saat, 29 dəq
- 2 ay, 5 gün, 5 saat, 19 dəq
- 2 ay, 5 gün, 5 saat, 22 dəq