Fortis Group sürücü axtarır (yük avtomobili)

İşəgötürən: Fortis Group
Vakansiya: Sürücü (yük avtomobili)
Son tarix: 12 iyun 2022
İş yeri: Xırdalan şəhəri.
Namizədə tələblər:
-Yaş həddi 25-55;
-Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası ;
-Müvafiq sahə üzrə iş təcrübəsi;
-Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
-Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
-Xəttə çıxış zamanı növbətçi mexaniklə birlikdə avtomobillərin aqreqat və mexanizmlərini yoxlamaq.
-Avtomobildə təmir üçün lazım olan alətlər, tərtibatlar və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq.
-Nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı müvafiq təhlükəsizlik normalarına və qanunlara riayət etmək, təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmək.
-Hərəkət intensivliyindən asılı olaraq avtomobilin sürətini düzgün seçmək, yaşayış məntəqələrində sürət rejiminə və müvafiq qaydalara ciddi riayət etmək.
-Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək.
-Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə olması və komplektliyini yoxlamaq, o cümlədən əyləc sisteminin, sükan idarəsinin, qapıların, güzgülərin saz vəziyyətdə olduğuna əmin olmaq.
-Nəzarət ölçü cihazlarının (spidometr, manometr, taxometr) işləməsinə diqqət yetirmək.
-Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın cavabdehliyini daşımaq.
-Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın sağlam şəkildə çatdırılmasını təmin etmək.
-Hər hansı bir hadisə zamanı nəqliyyat vasitəsini operativ şəkildə idarə etmək.
-İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
-Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-Nahar ilə təmin edilir.
-İş yerinə servislə çatdırılır.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Sürücü (yük avtomobili)” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 36 dəq
-
1 ay, 3 həftə, 2 gün, 11 saat, 7 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 19 saat, 5 dəq
- 2 ay, 1 gün, 18 saat, 55 dəq
- 2 ay, 1 gün, 18 saat, 58 dəq