“FLY INN BAKU” ofis işləri üzrə köməkçi axtarır
İşəgötürən – FLY INN BAKU
Vəzifə – Ofis işləri üzrə köməkçi
Nəyi bilməlidir:
-Azərbaycan, Rus və İngilis dili; (Ünsiyyət səviyyəsində)
-Microsoft Office programları: Word; Excel; Outlook.
Nəyi bacarmalıdır:
-Şifahi və yazılı ünsiyyət bacarığı;
-Düzgün təhliletmə və qərarvermə;
-Detallara diqqət yetirmə;
-Çeviklik;
-Punktuallıq.
Xüsusi tələblər:
-Yaş: 20-25;
Gözlənilən davranışlar:
-Nizam-intizamlı;
-Səliqəli xarici görünüş;
İş şəraiti:
-İş qrafiki: 5 günlük;
-AR ƏM -nə müvafiq sənədləşmə;
Vəzifə öhdəliyi:
-Ofisə yaxınlaşan Əməkdaşları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
-Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
-Məktubların hazırlanmasını və poçtla ünvanlara göndərilməsini təmin etmək;
-E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
-Şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
-Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək;
-Sənədlərin qəbulu, qeydiyyatı, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək, (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna [email protected] mövzu yerində “Ofis işləri üzrə köməkçi” qeyd etməklə CV göndərə bilərlər.
Vakansiyalar
- 1 gün, 19 saat, 40 dəq
- 1 gün, 19 saat, 43 dəq
- 1 gün, 20 saat, 19 dəq
- 1 gün, 20 saat, 22 dəq
- 3 ay, 2 həftə, 4 gün, 10 saat, 57 dəq