eManat “Ödəniş sistemlərinin İdarə Olunması şöbəsinin mütəxəssisi” axtarır
Modenis MMC / eManat “Ödəniş sistemlərinin İdarə Olunması şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edib.
Namizədə qoyulan tələblər:
-Ali təhsil;
-Ən azı 3 il iş təcrübəsi;
-Azərbaycan dili- mükəmməl
-İngilis dili – yaxşı
-Rus dili – yaxşı
Texniki tələblər:
-Riyazi, alqoritmik və məntiqi düşüncə qabiliyyəti
-C#, Java, JavaScript və ya Python proqramlaşdırma dillərindən ən azı biri ilə 1 ildən çox təcrübə.
-İdarəetmə metodogiyaları barədə ümumi məlumat (Kanban, Scrum və s.) və tapşırıqların idarə edilməsi alətləri ilə tanışlıq (Jira, Trello)
-Git versiya kontrol sistemi ilə təcrübə.
-Web Servislər barədə geniş məlumat (SOAP, REST API)
-İnformasiya transfer protokolları ilə bağlı təcrübə və biliklər (HTTP(S), FTP)
-Məlumat mübadiləsi formatlarını bilmək (JSON, XML və s.)
-RDBMS SQL bilikləri
Vəzifə öhdəlikləri:
-Sistemin arxitekturasını, işləmə prinsipini dərindən anlamaq.
-Təkrarlanan proseslərin avtomatlaşdırılması barədə həllər təqdim etmək, köməkçi alətlər hazırlamaq
-Daxil olan sorğu əsasında terminal proqram təminatının yenilənməsi.
-Sistem proseslərinin analiz edilməsi, insidentlərin aşkarlanması, həll yollarının tapılması və sənədləşdirilməsi
-Sistem üzrə proseslərin analizi, terminal və mərkəzi sistemin loqlarının analizi.
-Verilənlər bazasından tələb olunan məlumatların əldə edilməsi və analizi.
-Ödəmə sistemləri üzrə admin interfeysinin idarə edilməsi
-Texniki tapşırıqların oxunması və təqdim edilmiş proqram təminatı kodları ilə qarşılaşdırılması
-Komandanın birgə layihələrində yaxından iştirak
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar yeməyinin təmin olunması;
-“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Ödəniş sistemlərinin İdarə Olunması şöbəsinin mütəxəssisi” yazılmalıdır.
Elanın bitmə tarixi- 2022-08-09
Vakansiyalar
-
3 gün, 10 saat, 35 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 9 saat, 27 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 10 saat, 1 dəq
- 6 gün, 4 saat, 7 dəq
- 6 gün, 23 saat, 21 dəq