“eManat” Baş mühasib axtarışındadır
İşəgötürən: eManat (Modenis)
Vakansiya: Baş mühasib
Son tarix: 15 mart 2022
Namizədə qoyulan tələblər:
-Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
-Baş mühasib kimi ən azı 5 illik iş təcrübəsi;
-Yaş həddi: minimum 35 və yuxarı
-Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
-Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
-İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
-Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
-MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları, xüsusilə Excel;
-Mühasibatlıq proqramında tam işləmək bacarıqları 1c (8.3) mühasibatlıq və ya Kompleks avtomatlaşdırma (ERP).
-PMS və Beynəlxalq dərəcəli sertifikatları olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
-Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin təsərrüfat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
-Vergi uçotu və vergi qanunvericiliyinin tələblərini təmin etmək;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
-Vergi, Vahid, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
-Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
-Aylıq daxili maliyyə hesabatlarının hazırlanması ilə bağlı əməliyyatların tamamlanması.
-Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
-Mühasiblərin işinə Daxili nəzarət (audit)
-Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
-Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) proqram təminatı əsasında hazırlamaq;
-Məxfilik prinsiplərini pozmamaq.
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar yeməyinin təmin olunması;
“-Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Baş mühasib ” yazılmalıdır.
Şirkət haqqında
Modenis MMC 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü ilin martın 5-də eManat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Şirkət hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul kisəsi/online ödəniş platformasını idarə edir.
Hazırda ödəniş köşkləri şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 2500-dən artıq, bütün ölkə ərazisində isə 4000-dən artıq köşk daxildir.
eManat ödəniş köşkləri və eManat+ platforması vasitəsilə 200-dən artıq xidmət təminatçısının xeyrinə kommunal xidmətlər, mobil rabitə, telefon, internet, kabel televiziyası, əyləncə, bank və s. ödənişlər etmək mümkündür. Bu baxımdan şirkət həm köşklər həm eManat+ online platforması ilə istifadəçilərə 360 dərəcəli ödəniş imkanları təqdim edir.
Vakansiyalar
-
2 ay, 2 həftə, 12 saat, 24 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 13 saat, 19 dəq
- 7 ay, 2 həftə, 3 gün, 15 saat, 12 dəq
- 10 ay, 3 həftə, 1 gün, 9 saat, 57 dəq
-
11 ay, 3 gün, 5 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır