Emal və qablaşdırma üzrə operator (Elektrik) tələb olunur (Sumqayıt)
MURAD AQRO” MMC şirkəti EMAL VƏ QABLAŞDIRMA ÜZRƏ OPERATORU vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəliyi:
– Kəsim sahəsinin rəisinin və Baş mühəndisin verdiyi plan və tapşırıqları vaxtında yerinə yetirməli, sahəni fasiləsiz elektriklə təmin edilməsini həyata keçirməli.
– Kəsim sahəsinə elektrikə aid gələn avadanlığın quraşdırılmasını və daim işlək vəziyyətdə saxlanmasını həyata keçirməli.
– Binanın, avadanlıqların, mexanizmlərin və digər vəsaitlərin elektrik tərəfdən düzgün istifadə edilməsinə, təmir və profilaktiki qulluq qrafikinin yerinə yetirilməsini həyata keçirməli.
– Elektrik bölməsi üzrə avadanlıqların qəbulunda iştirak etməli.
– Elektrik bölməsinin avadanlıq və materiallara olan tələbatını vaxtında sahə rəisinə və baş mühəndisə verməli.
– Elektrik problemi yaranarsa dərhal onu aradan qaldırmalı, əgər tez bir zamanda aradan qalxacaq problem deyilsə dərhal baş mühəndisə və kəsim sahəsinin rəisinə məlumat verməli.
– Gündəlik elektrik sahəsinə aid görülən işlər, günün sonunda avadanlıqlara baxış zamanı aşkarlanan problemlər barədə sahə rəisinə və baş mühəndisə yazılı məlumat verməli.
– Kritik kontrol nöqtələrini daim nəzarətdə saxlamalı.
Kritik kontrol nöqtələri aşağıdakılardır:
– sahədə olan elektrik avadanlığının daim saz vəziyyətdə olması
– motorların təmiri və qeydiyyatı – sahənin işıqlanmasını təmin etmək
– kəsim sahəsinə gələn elektrik naqillərinin təhlükəsizliyinə nəzarət etmək
– Avadanlıqların dəyişilməsi və ya ehtiyyat hissələrinin alınması ilə bağlı təklifi sahə rəisinə və baş mühəndisə verməli.
– Əmək və istehsalat intizamına əməl etməli, vəzifə borclarını və daxili intizam qaydalarına riayət etməli.
– Elektrik təhlükəsizliyinə əməl etməli.
– Müəyyən edilmiş dövrdə istehsalat sanitariyası, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə tədbirlərinə əməl edilməsi barədə təlimatlardan keçməli, biliklərini artırmalı, onlara əməl etməli.
– Vaxtında tibbi müayinədən keçməli.
Məsuliyyəti
– Kəsim sahəsinin elektriki bu vəzifə təlimatında ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə, layiqincə və ya tam yerinə yetirilməməsinə, həmçinin, hərəkətləri nəticəsində müəssisəyə dəymiş zərərə görə məsuliyyət daşıyır və vurulmuş zərər tam olaraq onun tərəfindən ödənilməlidir.
Həmçinin, o, öz vəzifələrinin icrası prosesində yol verdiyi hüquq və qanun pozuntularına görə də, Azərbaycan Respublikası inzibati, mülki və cinayət qanunvericiliyi ilə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
– Kəsim sahəsinin elektriki həmçinin, aşağıdakı məsələlərin icrasının təmin edilməməsi ilə əlaqədar müəssisə qarşısında məsuliyyət daşıyır:
– Rəhbərliyin göstərişlərinin yerinə yetirilməməsinə görə;
– Müəyyən olunmuş jurnallarda qeydiyyatların aparılmamasına görə;
– Müəssisənin əmlakına ziyan vurulmasına görə;
– Bu vəzifə təlimatında göstərilən vəzifələrini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə;
– Digər sahələrin fəaliyyətini pozmasına görə.
– Kəsim sahəsinin elektriki aşağıdakı risk nöqtələrilə bağlı standartların tələblərinə və rəhbərliyin əmr, göstərişlərinə əməl edilməməsinə görə də məsuliyyət daşıyır:
– Sahənin normal işıqlandırılmamasına görə;
– Sahədə istifadə olunan motorların saz vəziyyətdə olmamasına və tez-tez sıradan çıxmasına görə;
Müvafiq hesabatları vaxtında və dəqiq sahə rəisinə və baş mühəndisə təqdim etməli.
Biz sizə təklif edirik:
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: Tam iş günü; Nahar 13:00-14:00. 6 günlük iş rejimi.
Nahar və servis şirkət tərəfindən təmin olunur.
İş Sumqayit şəhərində yerləşir.
Əmək haqqı: namizədin təcrübəsinə uyğun müəyyənləşdirilir
Maraqlanan şəxslərdən CV-lərini e-mail adresinə [email protected] “Emal və qablaşdırma üzrə operator (Elektrik)” başlığı ilə göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 gün, 10 saat, 54 dəq
- 1 gün, 10 saat, 57 dəq
- 1 gün, 11 saat, 33 dəq
- 1 gün, 11 saat, 36 dəq
- 3 ay, 2 həftə, 4 gün, 2 saat, 11 dəq