Elektron ticarət şöbə müdiri axtarılır

Müdir


Mətanət A şirkəti Elektron Ticarət şöbə müdiri vakansiyasını elan edir. 

Vəzifə öhdəlikləri:
– Şirkətə məxsus e-ticarət saytının idarə olunması;
– Rəqəmsal reklamların təşkili;
– Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət;
– Sosial media marketinq fəaliyyətinin e-ticarətlə uyğunluğunu təşkil etmək.
– Analizlərin aparılması, hesabatların hazırlanması;
-Rəqəmsal Marketinq , Dizayn və texniki şöbə ilə daimi işləmək;
– Mobil istifadəçi davranışlarına hakim olmaq və lazımi yaxşılaşdırılmaların aparılması;
– Saytın və serverin təhlükəsizliyi üçün lazımi işlərin görülməsi;
-Sayt daxili kampaniyaların təşkili;
– Ana səhifə və kateqoriyalar daxilində merçendayzinq işlərinin görülməsi. Məhsulların tanıtımı və satış balansının qorunması;
– Tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması;
– Qarşılaşılan situasiyanın ən effektiv həlli üçün lazımi yolların tapılması, alqoritmik baxış tərzi ilə qarşılaşılan problemləri düzgün prosedur halına gətirmək;
– Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət.
Əmək haqqı:
– Razılaşma yolu ilə.                                                                                           
İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və bazar günü.
Tələblər:
-Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
– Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
– Dil bilikləri: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili üstünlükdür.
– Kompüter bacarıqları: MS Office və 1C  proqramları əla səviyyədə;
-Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı.
Qeyd:
– CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected]om ünvanına göndərin.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]