Elektrik mühəndisi tələb olunur

-İşəgötürən: ” ArchiCO “
-Vakansiya: Elektrik mühəndisi
– Əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq
-Elanın bitmə tarixi 01 may 2022
Vəzifə öhdəlikləri:
-Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
-Layihələrdə təmir-tikinti işlərinə nəzarət olunmasl, elektrik işlərinin düzgün təşkil edilməsi;
-Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
-Elektrik yükünün hesablanması;
-Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
-Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xətlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarının verilməsi və işə ümumi nəzarət edilməsi;
-Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
-Tabeliyində olan işçilərin işlərini təşkil olunması və onlara nəzarət edilməsi.
Namizədə dair digər tələblər:
-Müvafiq sahədə ali təhsil (elektrik mühəndisi ixtisası üzrə);
-Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
-Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarını hesablama qaydasını bilməli;
-Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilməli;
-Elektrik sxemlərini tərtib etmək bacarığı;
-Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparması bacarığı;
-Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikatının olması;
-Kompyuter bilikləri – MS Office, AutoCad, Revit (üstünlük hesab olunur) proqramları;
-Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmalar aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür.
-İşgüzar və məsuliyyətli olmalı;
-Komandada işləmək bacarığı.
-Əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq.
CV və tövsiyyə məktublarınızı “elektrik mühəndisi ” başlığı ilə elektron [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 9 saat, 7 dəq
-
1 ay, 3 həftə, 6 gün, 4 saat, 38 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 12 saat, 36 dəq
- 2 ay, 4 gün, 12 saat, 26 dəq
- 2 ay, 4 gün, 12 saat, 29 dəq