Efendiler Group mühasib axtarır
İşəgötürən: Efendiler Group
Vakansiya: Mühasib
Son tarix: 25 noyabr 2022
Vəzifə öhdəlikləri:
-Maliyyə hesabatlarının tərtib edilməsi;
-Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
-Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
-E-Qaimə fakturaların yazılması;
-Balans, avans hesabatının aparılmasının təmin edilməsi;
-Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
-Mühasibat sənədlərinin saxlanılması və qorunması;
-İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
-İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
-Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər:
-Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
-Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi olan xanımlar;
-MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı;
-Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
-Vergi Məcəlləsi,əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
-Elektron hökümət portalı ilə işləmə qabiliyyəti
İş şərtləri:
-Həftədə 6 iş günü,
-Əmək haqqı: 1000-1500 azn
-AR ƏM əsasən rəsmiləşdirmə
-Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Vakansiyalar
- 19 saat, 43 dəq
- 19 saat, 46 dəq
- 20 saat, 22 dəq
- 20 saat, 25 dəq
- 3 ay, 2 həftə, 3 gün, 11 saat