Dövlət şirkətinə Rəqəmsal marketinq üzrə mütəxəssis tələb olunur

Mütəxəssis

marketinq


İşəgötürən: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AzInTelecom MMC
Müddət: 2022-02-08 – 2022-03-08

Şəhər: Bakı

Vəzifə öhdəlikləri:
Şirkətin biznes hədəflərinə çatmaq üçün rəqəmsal marketinq fəaliyyətini inkişaf etdirmək və həyata keçirmək;
Google Ads, E-mail Marketinqi, İnfluenserlər vasitəsilə məhsullar üzrə yeni müştəri əldə etmə strategiyasına malik olmaq;
ROI ve ROAS göstəricilərin artırmaq və sənayedəki son tendensiyaları əks etdirmək üçün optimizasiya işlərini təmin etmək;
Müxətif rəqəmsal kanallar üzrə A/B testlərin tətbiq edilməsi;
Əsas onlayn axtarış sistemlərində maksimum ilkin sıralanma üçün saytdakı məzmunu optimallaşdırmaq;
Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək;
Excel Spreadsheet, Google Analitika, Semrush və digər rəqəmsal analitik alətlər üzərində, aktiv işlərin, KPİ-ların və büdcə ilə bağlı məqamların həftəlik hesabat halına gətirilməsi;
Rəqəmsal kanallar üzrə yeni satışların gətirilməsi və mövcud satışların artırılması məqsədilə Rəqəmsal Marketinq komandası ilə sıx əməkdaşlıq edilməsi;
Məhsullar üzrə düzgün hədəflənmə və kommunikasiya edilməsi üçün Xidmət və Məhsul şöbəsi ilə sıx əməkdaşlığın edilməsi ;
Rəqəmsal marketinq planını icra etmək və marketinq məqsədlərinə çatmaq üçün agentliklərlə koordinasiya işlərini təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console, Google Optimize for UX, Semrush, Mailchimp;
Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
Rəqamsal marketinq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
IT və rəqəmsal məhsulların təşviqi ilə iş təcrübəsi əlavə üstünlükdür;
DMI diplomu əlavə üstünlükdür;
Komanda ilə işləmə bacarığı;
Yaradıcı və yenilikçi düşünmə bacarığı;
Analiz etmə və problemləri həll etmə bacarığı;
Azərbaycan dili; ingilis və ya rus dili sərbəst.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]