Direktor – Mühasib tələb olunur

İşəgötürən – VMF
İş haqqında:
Xoş görünüşlü, məsuliyyətli, idarə etmə qabiliyyətinə malik,
1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi ( e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək)
Sistemə yeni mal-materialın adlarını daxil edilməsi
Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması
Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması
Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması
Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
Kafe 28 may-da yerləşir. Kofe, çay və şirniyyatlar təqdim olunur.
İş qrafiki 6/1.
Maaş razılaşma yolu ilə.
Cv – lərinizi mövzunun başlığı altında [email protected] adresinə göndərin
Vakansiyalar
- 1 ay, 2 həftə, 4 saat, 17 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 48 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 46 dəq
- 2 ay, 3 gün, 7 saat, 36 dəq
- 2 ay, 3 gün, 7 saat, 39 dəq