“Delta Group C.O.” işçi axtarır

Mütəxəssis


“Delta Group C.O.” MMC “Aparıcı MİS Mütəxəssisi” vakansiyasını elan edib.

İş Yeri: “Delta Group C.O.” MMC

İş məkanı: Sumqyıt

Tələblər:

-Təhsil səviyyəsi: Ali təhsil (Maliyyə və Kibernetika yönümlü arzuolunandır)

-İş təcrübəsi: Maliyyə analitik sahəsində 4 ildən çox iş təcrübəsi (FMCG və İstehsal sahəsi üstünlük veriləcək)

-MS Office proqramları – mükəmməl səviyyədə (Excel+VBA, Powerpoint, SQL, Power BI)

-Beynəlxalq maliyyə hesabatları standarlarına dair biliklər

-Mükəmməl analitik düşünmə bacarıqları

-Power BI ,Tableau , Qlik və bənzəri analitik alətlərdən istifadə üzrə biliklər

Vəzifədən gözləntilər:

-Maliyyə, İFRS, Büdcə fakt hesabatlarının hazırlanması və avtomatlaşdırılması, analitik təhlili və təkliflərin təqdimat edilməsi;

– İdarə edici hesabatların (Satış, istehsal, Stock and Working capital manegement və s.) hazırlanması, avtomatlaşdırılması;

– İdarəedici hesabatlar əsasında mənfəətlik, effektivlik, optimizasiya və digər təhlillərin aparılması, təkliflərin hazırlanması;

– Şirkət üzrə KPİ-ların təkmilləşdirilməsində, habelə strateji hədəflərə effektiv nail olunmasında analitik məlumatlar ilə dəstək olunması;

– Data keyfiyyətinin yaxşılaşdırılması üzrə proseslərin təkmilləşdirilməsi;

Təkliflərimiz:

-Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaq

-İş rejimi: 5 gün (həftəiçi)

-Servis: Var

-Yemək: Var

-Tibbi siğorta: Var

Maraqlananlar emaildə “Aparıcı MİS Mütəxəssisi” yazaraq cv-lərini [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. “Delta Qrup C.O.” MMC yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq edir. Müəssisəmiz peşəkar, dürüst və keyfiyyətli fəaliyyəti nəticəsində həmin şirkətlərin rəğbətini qazanıb.

“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə iki böyük zavodu fəaliyyətdədir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]