Data analitik tələb olunur
İşəgötürən – Azərbaycan Dəmir Yolları
Namizədə qarşı tələblər:
Ali təhsil (İqtisadiyyat, Riyaziyyat,Komputer elmləri, Maliyyə);
İş təcrübəsi:Data analitika, Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Region ölkələrinin dəmiryolları haqqında məlumat;
Logistika sahəsində makroiqtisadi göstəricilər barədə məlumatlı olmaq;
Araşdırma bacarığı;
Analitik alətlərlə işləmə bacarığı;
Microsoft Office Programları, R/Python və Power BI-da işləmə bacarığı;
Böyük məlumat bazaları ilə işləmə bacarığı;
Təqdimat və hesabatların hazırlanmasına dair biliklər;
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Vəzifə öhdəlikləri:
Datanın emalı və strukturlaşdırılması;
Məlumatların müntəzəm yenilənmə prosesinin icrası;
Statistik və analitik hesabatların hazırlanması;
Biznes problemlərə cavab verə bilən senaryo planlamaları, vizual hesabatların və modellərin hazırlanması;
Maşın öyrənməsi alqoritmləri ilə proqnozlaşdırma modellərinin hazırlanması.
Əmək şəraiti:
İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləri;
Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı;
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
QEYD: CV göndərilərkən müraciət edilən vakansiyaya uyğun başlıq mütləq qeyd olunmalıdır.
Vakansiyalar
-
16 saat, 5 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 17 saat, 40 dəq
- 18 saat, 51 dəq
- 19 saat
- 19 saat, 19 dəq