Dalga Beach Aquapark baş mühasib axtarır

İşəgötürən: Dalga Beach Aquapark
Vakansiya: Baş mühasib
Son tarix: 04 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
-Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
-Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
-Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
-Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
-Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
-İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
-Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
-Baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi;
-Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
-Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
-Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-Əla səviyyədə Azərbaycan dili;
-MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (Micro üstünlükdür
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 23 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 54 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 52 dəq
- 2 ay, 1 gün, 18 saat, 42 dəq
- 2 ay, 1 gün, 18 saat, 45 dəq