Courtyard by Marriott Baku telefon operatoru axtarır
İşəgötürən: Courtyard by Marriott Baku
Vakansiya: Telefon Operatoru
Son tarix: 21 aprel 2023
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 31 Mart 2023
İşin təsviri:
-Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
-Mehmanxana daxili və mehmanxanadan kənar ünsiyyət kanalları üçün həm qonaqlar, həm də işçi heyəti üçün effektiv ünsiyyətin qorunub-saxlanılmasına cavabdeh olmaq.
-Yerli və beynəlxalq zəngləri cəld, nəzakətlə və dəqiq birləşdirmək.
-Qonağın istəyi ilə səhər oyatma zəngini dəqiqliklə yerinə yetirmək.
-Qonaqlara, işçilərə və daxil olan zənglərə yüksək keyfiyyətli xidmət göstərmək və mehmanxana ilə bağlı eləcə də, şəhər-daxili və şəhər-ətrafı baş verənlər barədə geniş məlumat vermək.
-Qonaqlar və mehmanxana işçiləri üçün məlumatları qəbul etmə və lazımi qaydada, lazımi şəxslərə çatdırmaq.
-Qonaqların profil qeydlərini aparmaq, Növbə Meneceri, Gecə Meneceri və guestVoice sorğularındakı şikayətləri və təklifləri Opera sistemində qeyd etmək, şikayətlərə uyğun tapşırıqları yerinə yetirmək və bu məlumatları münasib şöbələrə ötürmək.
-VİP qonaqlar üçün meyvə, şirniyyat və salamlama məktublarını hazırlamaq, onları qonaq gəlişinə qədər otaqlarda yerləşdirmək.
-Nəqliyyat sifarişlərini qəbul etmək və sistemdə qeydiyyatlarını aparmaq.
-Qonaqların Marriott Bonvoy Mobil Çat və digər Ekstranet platformları üzrə mesajlarına gecikməsiz cavab vermək.
-Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
-Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
Namizədə olan tələblər:
-Qonaqpərvərlik sahəsində iş təcrübəsi olması arzuolunandır;
-Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
-Azərbaycan, İngilis və Rus dillərində şifahi və yazılı ünsiyyət qabiliyyətinə malik olmaq;
-Komandada işləmək bacarığı, gülərüz, çevik, ünsiyyətcil olmaq;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Telephone Operator” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 31.03.2023-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Vakansiyalar
-
1 gün, 14 saat, 41 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 13 saat, 33 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 14 saat, 7 dəq
- 4 gün, 8 saat, 13 dəq
- 5 gün, 3 saat, 27 dəq