Courtyard by Marriott Baku barmen axtarır

İşəgötürən: Courtyard by Marriott Baku
Vakansiya: Barmen
Son tarix: 10 iyul 2022
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 09 iyul 2022
İşin təsviri:
-Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
-İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq.
-İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
-Qonaqların içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
-İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
-İçkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
-Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
-Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək
-Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
-Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.
-Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
Namizədə olan tələblər:
-Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
-Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
-Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
-Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Barman” və ya “Barmen” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 09.07.2022-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Vakansiyalar
- 2 gün, 2 saat, 5 dəq
- 2 gün, 2 saat, 7 dəq
- 2 gün, 2 saat, 9 dəq
- 2 gün, 2 saat, 12 dəq
- 2 gün, 2 saat, 16 dəq