Content Agency motion dizayner axtarır

Dizayner

dizayner 1


İşəgötürən: Content Agency

Vakansiya: Motion Designer

Son tarix: 20 iyun 2022

Vəzifə öhdəlikləri:

-Web səhifəsi kontenti üçün post şəkilləri dizayn etmək;

-Marketinq məqsədləri üçün yaxşı qurulmuş infoqrafika yaratmaq;

-Tapşırıqların vaxtında və texniki şərtlərə uyğun yerinə yetirilməsini təmin etmək üçün Layihə Meneceri ilə sıx əməkdaşlıq etmək;

-2 və 3D animasiyaların hazırlanması;

-Sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;

Uzun sözün qısası, standart bir “Motion Designer” nə iş görürsə, hamısını görə bilən birini axtarırıq. Amma o qədər də standart olmasın. Çünki eyni zamanda bizə kreativ, yaradıcı, deyib-gülməyi bacaran biri lazımdır ki, həm işimiz yaxşı getsin, həm də nahar vaxtı söhbət edə bilək.

Tələblər:

-Azərbaycan dili səlis (rus və ingilis dili bilməsi arzuolunandır)

-Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere, Adobe After Effects proqramlarında təcrübəli olmaq;

-Dizayner kimi 1-3 il təcrübə (kreativ agentlik təcrübəsi olanlara üstünlük verilir), həmçinin namizəd ilə görüş zamanı portfoliosuna baxılacaq;

İş qrafiki: 5 gün, (şənbə/bazar istirahət)

Əmək haqqı: (müsahibə əsasında təyin ediləcək)

Vakansiyaya müraciət üçün CV-nizi “Motion Designer” başlığı ilə göndərməyiniz xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]