CİB data analtik axtarır

CİB (Multi -bank maliyyə köməkçiniz) Data analitik vakansiyasını elan edib.
Namizədə olan tələblər:
– Ali təhsil (İqtisadiyyat, Maliyyə sahəsində təhsil alması arzu olunandır);
-Yüksək səviyyədə MS Excel biliyi;
– MS Power BI vizuallaşdırma proqramı ilə işləmə bacarığı;
– SQL sorğu dilini bilmək;
– Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
– Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
– Səlis Azərbaycan dili, Minimum orta səviyyədə İngilis dili biliyi (Rus dili biliyi arzu olunandır);
– Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzu olunandır;
– Komanda ilə işləmə bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi;
-Problem həll etmə və danışıqlar aparmaq bacarığı;
– İş təcrübəsi arzu olunandır.
İş barədə məlumat:
– Şirkətin verilənlər bazasından məlumatların çıxarılması və məhsulun təkmilləşdirilməsi, marketinq siyasətinin və biznes strategiyalarının inkişafı üçün təhlil olunması;
– Excel və Power BI-da avtomatlaşdırılmış dashboardları yaradılması və inkişaf etdirilməsilə məhsuldarlığın artırılmasında iştirak etmək;
-Araşdırma və təhlillərin aparılması;
-Verilənlər bazasında yarana biləcək problemlərin aradan qaldırılması;
– Müştəri xidməti işçilərinin lazım olduqda müştəri dataları ilə təmin olunması
Əmək haqqı görüş əsasında dəqiqləşdiriləcək.
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – [email protected] emailinə göndərməyiniz xahiş olunur . Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.
Vakansiyalar
- 2 gün, 15 saat, 13 dəq
- 2 gün, 20 saat, 54 dəq
- 2 gün, 20 saat, 58 dəq
- 2 gün, 21 saat, 4 dəq
- 3 gün, 20 saat, 20 dəq