Ceylan MMC mühasib axtarır

Mühasib


İşəgötürən: Ceylan MMC

Vakansiya: Mühasib

Son tarix: 02 iyul 2023

Öhdəliklər:

-Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maya dəyəri uçotunun, anbar əməliyyatlarının və digər baş kitab əməliyyatlarının tam və dəqiq olmasının, müvafiq qanun və qaydalara, eləcədə beynəlxalq və daxili mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması

-İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialin 1C sisteminə yerləşdirilməsi;

-Mühasibat , Vergi uçotu , DSMF və Statistika ilə bağlı hesabatları hazırlamaq  və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;

-Elektron Qaimə Faktura, Vergi Hesab Fakturaları işləmək;

-Gömrük bəyannamələri ilə bağlı əməliyyatları icra etmək; 

-BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək və vergi məsələləri ilə bağlı – işlərdə birbaşa iştirak etmək;

-Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların

-hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

-Bank hesabları üzrə ödənişləri həyata keçirmək;

-Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək; 

-Elektron Qaimə Faktura, Hesab Fakturaları işləmək;

-Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;

-Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq; 

-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyəti hesablamaq, köçürmək;

-Mühasibat sənədlərini saxlamaq və qorumaq;

-Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək.

-Maliyyə direktorunun verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.

Tələblər:

-İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalavr və ya daha yüksək təhsil dərəcəsi;

-Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi;

-Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı;

-Vergi konsaltingi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;

-Microsoft Office (Word, Excel, 1C) proqramları üzrə mükəmməl biliyin olması;

-ACCA/CİMA/CPA peşəkar ixtisasartırmasının mövcudluğu arzuolunandır;

-Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;

-Hesabatların hazırlanması və yazı bacarıqları;

-Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;

-Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;

-Yaxşı ünsiyyət qurma bacarığı;

Ünvan: Bakı şəh., Nizami ray., Əli Vəliyev küç., 1 AZ1060 (Koroğlu və Qara Qarayev m. Yaxınlığı)

Əmək haqqı : Müsahibə əsasında

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]