Çevik və düzgün mühafizə xidmət rəisi axtarılır. (Sumqayıt)

-Elan tarixi: 05.04.2022
-Bitmə tarixi: 08.05.2022
-Şirkət: XANİ MMC
-Ərazi: Sumqayıt
-Əmək haqqı: Müsahibə əsasında
-Staj: 1 il
-Yaş həddi: 35 — 45 yaş
-Təhsil: Fərq etmir
-İş rejimi: Tam iş günü (6 gün)
-Müqavilə: Əmək müqaviləsi
-E-mail: İ[email protected]
Diqqət : Vakansiya yalnız kişilər üçündür.
İstehsalat (plastik qablar, qida qabları, konisterlər və onların qapaqları)
Ünvan : Sumqayıt şəh., Sülh küç ., 76 – cı məhəllə.
Vəzifələri :
Fəaliyyəti ilə əlaqədar olan eyni zamanda baş verən hadisələrlə bağlı mütləq şəkildə mütəmadi olaraq, rəhbərliyə hesabatlar vermək ;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və qərəzsiz yerinə yetirmək ;
İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, depo ( anbar), mal-materialların mühafizəsinin təmin edilməsini həyata keçirmək ;
Növbədə olan mühafizə işçilərindən əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı , sənədlə düzgünlüyünün ciddi yoxlanmasını tələb etmək ;
Müəssisənin ərazisinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etmək ;
Mühafizə işçilərinin növbə cədvəlini təyin etmək ;
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsinin tələb edilməsi ;
Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi ;
Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası ;
Buraxlış-nəzarət sistemi, kamera vasitələrinin idarə olunması və daimi nəzarətin həyata keçirilməsi ;
Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək ;
Namizəddən tələblər:
Mühafizə işinin təşkilində rəhbər kimi minimum 1 il iş təcrübəsi ;
Yaş həddi 35-45 ;
Boy 170 sm – dən yuxarı olmalı ;
Komandada işləmək bacarığı ;
İnsanlarla münasibətdə birtərəfli baxış ;
İşində məsuliyyətli, ciddi və dəqiq olmalı ;
Çevik və düzgün qərar verməyi bacaran ;
Hərbi xidmət keçmiş olmalı ;
Məhkumluğu və hər hansı aludəçiliyi və pis vərdişləri olmamalı ;
Şifahi nitq və ünsiyyətdə yüksək səviyyədə bacarığı olmalı ;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi” yazaraq İ[email protected] , [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 32 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 3 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 1 dəq
- 2 ay, 5 gün, 3 saat, 51 dəq
- 2 ay, 5 gün, 3 saat, 54 dəq