CE Parts mühasib axtarır
İşəgötürən: CE Parts
Vakansiya: Mühasib
Son tarix: 30 oktyabr 2022
İş yeri: Bakı-Sumqayıt şossesi 5-ci km.(Masazır dairəsinin yanı)
İş rejimi və vaxtı: 5 günlük 9:00-18:00
Əmək haqqı : 800-900 AZN
İş haqqında:
-Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların, ezamiyyətlərin qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
-Mal alışları üçün xarici şirkətlərə edilən avans ödənişlərinə uyğun mallar ölkəyə daxil olduqdan sonra rəsmiləşdirilən YGB-lər üzrə müvafiq məlumatların banklara təqdim edilməsi;
-Xarici şirkətlərə olan borcların nəzarətdə saxlanılması və uçotunun təşkili, ölkədaxili, ölkəxarici və büdcə ödənişlərinin icra edilməsi;
-Əsas vəsaitlər, mal-material ehtiyatları üzrə uçotun aparılmasının təşkili;
-E-gov.az, e-taxes.gov.az, e-customs.gov.az portalları, BTP və EFP proqramlarında işləmək bacarıqları;
-Tender sənədlərinin hazırlanmasına dəstək olmaq;
-Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və mühasibat-vergi uçotunun təşkili məqsədilə lazım olan digər normativ-hüquqi aktlar, qanunlar, qaydalar haqqında gərəkli bilgilər;
-Müəssisə Rəhbərliyi və Baş mühasib tərəfindən verilmiş digər tapşırıqların vaxtında və düzgün formada icra olunmasını təmin etmək.
Tələblər:
-Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
-Yaş həddi 22-35;
-Müvafiq vəzifə üzrə 1 ildən çox iş təcrübəsi;
-Yaxşı səviyyədə Excell bilikləri, PowerPoint proqramında işləyə bilmək;
-Xarici dil bilikləri: Rus dili və ingilis dili yaxşı səviyyədə;
-Beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər və F3 sertifikatının olması əlavə üstünlükdür;
-Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
-Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-Analitik düşünmək və yaradıcı təkliflər vermək.
Əsas təminatlar:
-Aylıq mobil rabitə limiti ilə təmin olunur.
-Nahar ilə təmin olunur.
-Tibbi sığorta ilə təmin olunur.
-İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir.
Uyğun namizədlər mövzu bölümündə “Mühasib” yazaraq CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 10 saat, 25 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 20 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 13 dəq
- 10 ay, 3 həftə, 1 gün, 7 saat, 58 dəq
-
11 ay, 3 gün, 3 saat, 29 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır